Gürcüstanın müdafiə naziri İrəvanda Nikol Paşinyanla görüşüb

Cuanşer Burçuladze, Nikol Paşinyan

© APA | Cuanşer Burçuladze, Nikol Paşinyan

# 02 noyabr 2021 18:17 (UTC +04:00)

İrəvanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze erməni həmkarı Arşak Karapetyanla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər təkbətək və geniş tərkibdə baş tutan görüşlər çərçivəsində müdafiə sahəsində cari və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı regionda sülh və sabitliyin önəmi vurğulanıb.

C. Burçuladze Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR