İrəvanda atışma olub, 1 nəfər ölüb

İrəvanda atışma olub, 1 nəfər ölüb
# 01 noyabr 2021 10:40 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvan şəhərində atışma olub.

APA-nın xəbərinə görə, bu barədə kriminal “Shamshyan.com” saytı məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında Karmir Blur küçəsində qeydə alınıb.

İnsident nəticəsində İrəvan sakini 41 yaşlı Xaçatur Saakyan ölüb.

Qətlin mübahisə zəmininə törədildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR