Kreml NATO-nu Rusiya sərhədləri yaxınlığında təxribatçı fəaliyyətləri dayandırmağa çağırıb - VİDEO

Dmitri Peskov, Kremlin mətbuat katibi

© APA | Dmitri Peskov, Kremlin mətbuat katibi

# 21 noyabr 2021 15:36 (UTC +04:00)

“NATO Moskva ilə Qərb arasında münasibətlərdə mövcud gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətləri və hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirib.
D. Peskov deyib ki, çıxış yolu var: “ABŞ və onun müttəfiqləri sərhədlərimiz yaxınlığında hərbi güc cəmləməyi dayandırmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR