Paşinyanın mətbuat katibi vəzifəsindən azad olunub

Mane Gevorqyan

© APA | Mane Gevorqyan

# 09 noyabr 2021 12:25 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan tutduğu vəzifədən azad olunub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, müvafiq qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

Bildirilir ki, qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən imzalanıb. Mane Gevorqyan "Facebook" səhifəsində öz ərizəsi ilə vəzifəsindən azad edildiyini açıqlayıb. O, Baş nazirə və hökumət aparatına təşəkkür edib.

Qeyd edək ki, Mane Gevorqyan bu vəzifəyə 2020-ci ilin martında təyin olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR