Patruşev: “Pandemiyaların yaranması viruslarla aparılan təhlükəli təcrübələrin nəticəsidir”

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 17 noyabr 2021 11:53 (UTC +04:00)

Yeni yoluxucu xəstəliklərin və pandemiyaların yaranması istiqamətində davamlı tendensiya viruslarla aparılan təhlükəli təcrübələrin nəticəsidir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB ölkələrinin Təhlükəsizlik şuraları katiblərinin illik toplantısında çıxış edərkən bildirib.

“Bu gün bioloji risklər ilk növbədə insan fəaliyyəti ilə bağlı hadisələrdən qaynaqlanır. Bu, potensial təhlükəli bioloji obyektlərdə viruslar və patogenlər ilə təhlükəli eksperimentlər və gen mühəndisliyinin, o cümlədən sintetik biologiyanın inkişafıdır ki, bu da genomla cinayət məqsədləri üçün oynanılmasına imkan verir. Bu prosesin nəticəsi yeni yoluxucu xəstəliklərin və pandemiyaların yaranması istiqamətində davamlı tendensiyadır”, - N. Patruşev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR