Putin BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sammitinin keçirilməsini təklif edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 18 noyabr 2021 17:37 (UTC +04:00)

Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin sammitinin keçirilməsi təklif edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu təkliflə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

O, Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib ki, Moskva dövlətlərin suverenliyi və bərabərliyi, onların daxili işlərinə qarışmamaq prinsiplərini müdafiə edəcək.

“Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi bundan sonra da BMT Nizamnaməsinin əsas prinsipləri olan dövlətlərin suverenliyi və bərabərliyi, onların daxil işlərinə qarışmamaq, mübahisələrin ədalətli həlli və əlbəttə, beynəlxalq problemlərin həllində BMT-nin əsas rol oynamasında israr edəcək. Bu cür prinsipial yanaşma ruhunda da beynəlxalq sülhün və sabitliyin dəstəklənməsində üzərinə xüsusi məsuliyyət düşən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin zirvə görüşünün keçirilməsini təklif edirik”, - deyə Rusiya lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR