Putin: “Rusiya PUA-ların hücumlarını dəf etməyi öyrənib”

Vladimir Putin

© APA | Vladimir Putin

# 02 noyabr 2021 16:14 (UTC +04:00)

Rusiya son illərin münaqişələrində özünü təsirli və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.

“Bu gün biz pilotsuz təyyarələrin inkişafı haqqında danışacağıq. Onun son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, nə qədər effektli olduğunu, bizim üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik. Suriyada müşahidə etdiklərimizi nəzərdə tuturam, terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar təşkil etdiyini... Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektli edirik”, - Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR