Putin və Lukaşenko Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə ediblər

Vladimir Putin və Aleksandr Lukaşenko

© APA | Vladimir Putin və Aleksandr Lukaşenko

# 19 noyabr 2021 15:00 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədində miqrantlarla bağlı vəziyyəti müzakirə edib.

Aleksandr Lukaşenko noyabrın 17-də Almaniya Federal Kansleri vəzifəsini icra edən Angela Merkel ilə telefon danışığı barədə rusiyalı həmkarını məlumatlandırıb.

"Rusiya və Belarus prezidentləri problemin həlli üçün Minsk ilə Avropa İttifaqı arasında əməkdaşlığın qurulmasının vacibliyini qeyd ediblər", - Kremlin yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR