Qazaxıstanda partlayış nəticəsində kafe dağılıb - YENİLƏNİB

Qazaxıstanda partlayış nəticəsində kafe dağılıb  - YENİLƏNİB
# 08 noyabr 2021 01:06 (UTC +04:00)

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə baş verən zaman kafe bağlı olub. İkimərtəbəli bina tamamilə dağılsa da, xəsarət alan olmayıb.

***

22.04

Qazaxıstanın Səhiyyə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Manqistau vilayəti yaşıl zonada, yəni koronavirusa yoluxma riskinin aşağı olduğu ərazidə yerləşir. Burada kafelər qanuni şəkildə fəaliyyət göstərə və müştəri qəbul edə bilər”.

***

21.36

Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin yaydığı məlumatda deyilir: “Naməlum səbəblərdən baş verən partlayış nəticəsində bina tamamilə dağılıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisənin səbəbləri araşdırılır”.

***

21.25

Qazaxıstanın Aktau şəhərində kafedə partlayış baş verib.

APA-nın xəbərinə görə, partlayışın gücündən kafe tamamilə dağılıb. Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə yerində xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR