Rusiya sərhədçiləri Ermənistanda qəzaya düşüb, ölən var

Rusiya sərhədçiləri Ermənistanda qəzaya düşüb, ölən var
# 29 oktyabr 2021 14:22 (UTC +04:00)

Ermənistanın Naxçıvanla sərhədində, İrəvan-Arazdəyən-Mehri yolunun 80 kilometrliyində, işğal altında olan Kərki kəndinin yaxınlığında Rusiya sərhədçilərinə məxsus hərbi yük avtomobili qəzaya düşüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yük avtomobili təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə bir hərbçi həlak olub, digəri xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR