Rusiyada COVID-19-a yoluxanların sayı 9 669 718 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 9 669 718 nəfərə çatıb
# 01 dekabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 32 837 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 669 718 nəfərə çatıb.

Son sutka ərzində 1 226 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 276 49 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR