Rusiyada COVID-19-a yoluxanların sayı 9 milyonu ötüb

Rusiyada COVID-19-a yoluxanların sayı 9 milyonu ötüb
# 13 noyabr 2021 12:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 39 256 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 031 851 nəfərə çatıb.

Son sutka ərzində 1241 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 254 167 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR