Rusiyada COVID-19-dan ölüm halında növbəti antirekord qeydə alınıb

Rusiyada COVID-19-dan ölüm halında növbəti antirekord qeydə alınıb
# 10 noyabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 38 058 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 911 713 nəfərə çatıb.

Son sutka ərzində 1239 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 250 453 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR