Rusiyada daha 40 735 nəfər COVID-19-a yoluxub, 1192 nəfər ölüb

Rusiyada daha 40 735 nəfər COVID-19-a yoluxub, 1192 nəfər ölüb
# 05 noyabr 2021 12:15 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 40 735 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 714 595 nəfərə çatıb.

Son sutka ərzində 1192 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 244 447 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR