Rusiyada iki azyaşlı buz qatının sınması nəticəsində çayda boğularaq ölüb

Rusiyada iki azyaşlı buz qatının sınması nəticəsində çayda boğularaq ölüb
# 15 noyabr 2021 08:20 (UTC +04:00)

Rusiyanın Çelyabinsk vilayətində iki azyaşlının faciəli ölümü qeydə alınıb.

APA Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadən xəbər verir ki, səkkiz yaşlı uşaqlar Breda kəndi yaxınlığında buz bağlamış Sıntansı çayı üzərində sürüşmək məqsədilə valideyn nəzarətindən yayınıblar.

Uşaqların ikisi də anidən buz qatının qırılması səbəbindən çaya düşərək boğulub ölüblər.

Meyitlərdə zorakılıq əlamətləri aşkar edilməyib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR