Rusiyada son sutkada 8115 nəfər COVID-19-a yoluxub

Koronavirus

© APA | Koronavirus

# 11 may 2021 12:25 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 896 842 nəfərə çatıb.

Son sutka ərzində 329 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 976 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR