Rusiyada son sutkada COVID-19-dan 370 nəfər ölüb

koronavirus

© APA | koronavirus

# 08 may 2021 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8329 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 871 843 nəfərə çatıb.

Son sutka ərzində 370 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 112 992 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR