Tatarıstanda məktəbə silahlı hücumun qarşısı alınıb

Tatarıstanda məktəbə silahlı hücumun qarşısı alınıb
# 23 noyabr 2021 15:46 (UTC +04:00)

Tatarıstanın Kazan şəhərində orta məktəbə silahlı hücum planlaşdıran şəxs saxlanılıb.

APA-nın Rusiya bürosunun Federal Təhlükəsizlik Xidmətinə istinadən verdiyi məlumata görə, xidmətin əməkdaşları təhsil müəssisəsinə hücumun qarşısını alıblar.

“Görülən tədbirlər nəticəsində bu cinayətin hazırlanmasında iştirak edən yetkinlik yaşına çatmayan Rusiya vətəndaşı saxlanılıb”, - məlumatda deyilir.

Faktla bağlı iki və ya daha çox şəxsi qətlə yetirməyə hazırlıq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR