Tatarıstanda qatar yük maşını ilə toqquşub, 1 nəfər ölüb

Tatarıstanda qatar yük maşını ilə toqquşub, 1 nəfər ölüb
# 13 noyabr 2021 03:24 (UTC +04:00)

Tatarıstanda ötən gün saat 19:40-da Novonikolaevski qəsəbəsi yaxınlığında dəmir yolu keçidində propan qazı ilə doldurulmuş çənləri daşıyan qatar yük maşını ilə toqquşub.

APA yerli Fövqəladə Hallar Xidmətinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Altı çəndən üçü aşıb, digərləri relsdən çıxıb. Çənlərdə sızmanın olub-olmadığı dəqiqləşdirilir.

Qatarların hərəkətində heç bir gecikmənin olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR