Gürcüstan müxalifəti mədəniyyət nazirindən David Qareci monastırı ilə bağlı fikirlərinə aydınlıq gətirməyi tələb edib

Gürcüstan müxalifəti mədəniyyət nazirindən David Qareci monastırı ilə bağlı fikirlərinə aydınlıq gətirməyi tələb edib
# 02 aprel 2007 13:37 (UTC +04:00)
Gürcüstan parlamentinin “Demokratik Cəbhə” fraksiyası David Qareci monastırı ətrafında problemlə bağlı mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvilini parlamentdəki dinləmələrə çağırıb. Fraksiyanın üzvü Zviad Ciciquri APA-nın Gürcüstan bürosuna bildirib ki, nazirin dinləmələrə çağırılmasında məqsəd monastırın taleyinə aydınlıq gətirməkdir. “Bizdə olan məlumata görə, David Qareci monastırına azad turizm zonası statusu verilməsi barədə danışıqlar Gürcüstan patriarxlığının razılığı olmadan aparılıb. Bizi narazı salan məqam odur ki, Mədəniyyət Nazirliyi David Qareci monastır kompleksinin birgə menecmenti haqqında danışır. Bu, Azərbaycanın həmin əraziyə müəyyən hüquqlarının tanınması deməkdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR