Separatçıların Suxumi görüşü təxirə salınıb

Separatçıların Suxumi görüşü təxirə salınıb
# 10 aprel 2007 11:04 (UTC +04:00)
Separatçı respublikalar - Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazinin rəhbərlərinin 10-11 apreldə Suxumidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səbəb qondarma “Abxaziya Respublikası”nın prezidenti Sergey Baqapşın səhhətinin pisləşməsidir. Separatçı “prezident”lərin yerinə “xarici işlər nazirləri” toplaşacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR