Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələr qurulmasından 15 il ötür

Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələr qurulmasından 15 il ötür
# 22 may 2007 13:49 (UTC +04:00)
Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələr qurulmasından 15 il ötür. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu münasibətlə xarici işlər naziri Gela Bejuaşvili Türkiyənin Gürcüstandakı səfiri Ərtan Tezgörü qəbul edib. Mayın 23-də isə Ankarada “Gürcüstan və Türkiyə: Təhlükəsizlik, sabitlik və rifah üzrə tərəfdaşlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bundan başqa, mayın 24-də Gürcüstanın Türkiyədəki səfirliyində bu ölkənin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul olacaq. Gürcüstan xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili hər iki tədbirdə iştirak edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR