Avstriyada qədim skripkaları oğurlayan gürcülər yaxalanıb

Avstriyada qədim skripkaları oğurlayan gürcülər yaxalanıb
# 07 iyun 2007 13:06 (UTC +04:00)
Bu gün Avstriyada 6 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, onlar Vyanadakı özəl kolleksiyaların birində saxlanılan, XVII-XVIII əsrlərdə yaşamış məşhur skripka ustası Antonio Stradivarinin əl işi olan 2,5 milyon avro dəyərindəki skripkanı və XIX əsrdə yaşamış fransalı skripka ustası Jan Baptist Vilyomun düzəltdiyi 120 min avro dəyərindəki skripkanı oğurlamaqda ittiham olunurlar. Polisinin verdiyi məlumata görə, oğurlanmış skripkalar gürcülərin yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırma davam edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR