Zurab Jvaniyanın qardaşı İrakli Okruaşvili ilə görüşmək istəyir

Zurab Jvaniyanın qardaşı İrakli Okruaşvili ilə görüşmək istəyir
# 26 sentyabr 2007 12:19 (UTC +04:00)
Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın qardaşı Georgi Jvaniya keçmiş müdafiə naziri İrakli Okruaşvili ilə görüşmək istədiyini bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, “İmedi“ televiziyasına müsahibəsində o, İ. Okruaşvilinin Zurab Jvaniyanın müəmmalı ölümü ilə bağlı söylədiklərinə aydınlıq gətirməsini istədiyini deyib. G. Jvaniya İ. Okruaşvilinin gerçəkləri ortaya çıxaraçağına əmin olduğunu söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR