Georgi Xaindrava: “Okruaşvilini həbs etdirmək Saakaşviliyə hakimiyyəti itirməsi bahasına başa gələcək”

Georgi Xaindrava: “Okruaşvilini həbs etdirmək Saakaşviliyə hakimiyyəti itirməsi bahasına başa gələcək”
# 28 sentyabr 2007 12:44 (UTC +04:00)
APA-nın məlumatına görə, münaqişələrin nizamlanması üzrə sabiq dövlət naziri Georgi Xaindrava keçmiş müdafiə naziri İrakli Okruaşvilinin həbsini belə dəyərləndirib. Xaindrava qeyd edib ki, Okruaşvilini həbs etdirməklə Mixail Saakaşvili ünvanına səslənən ittihamları etiraf etmiş olub: “Bu, vəziyyətdən çıxış yolu deyil. Bu, vəziyyətin gərginləşməsidir və gürcü cəmiyyətinin və siyasi spektrin əksər hissəsi hesab edir ki, Saakaşvili opponentini həbs etməklə özünün günahkar olduğunu etiraf edib. Belə kardinal səhv Saakaşviliyə hakimiyyəti itirməsi bahasına başa gələ bilər. Okruaşvilini 10 dəfə həbs etsələr belə, cəmiyyətin beyninə yüklənmiş bu şübhələri aradan qaldırmaq mümkün olmayacaq”. Georgi Xaindrava İrakli Okruaşviliyə qarşı ittihamların 2005-ci ildə baş vermiş hadisələrlə əlaqədar olduğunu deyib: “Müdafiə Nazirliyindən baş verdiyi iddia olunan korrupsiya əməlləri Saakaşvilinin Ali Baş Komandan olduğu dövrdə baş verib. Belə olan təqdirdə Okruaşvilinin günahı sübuta yetirilsə, Saakaşvili də məhkəmədə onunla bir yerdə oturmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR