Gürcü xüsusi təyinatlıları Mixail Saakaşvilinin başçılığı ilə Rusiya hərbçilərini tərksilah ediblər

Gürcü xüsusi təyinatlıları Mixail Saakaşvilinin başçılığı ilə Rusiya hərbçilərini tərksilah ediblər
# 30 oktyabr 2007 14:31 (UTC +04:00)
Onlar kəndin ərazisində yerləşən vətənpərvər gənclik düşərgəsini zəbt edərək oranın mühafizəsi ilə məşğul olan Gürcüstan Daxili İşlər Nazirliyinin 3 əməkdaşını saxlayıblar. Gürcüstan DİN-in analitik-informasiya departamentinin rəisi Şota Utiaşvili bildirib ki, gürcü polisləri qəddarlıqla döyülüb. Hadisə barədə məlumat alan Gürcüstan prezidenti Mixail Saakaşvili daxili işlər naziri Vano Merabişvili, Tiflis meri Georgi Uqulava və DİN-in xüsusi təyinatlı dəstəsi ilə birlikdə vertolyotla olay yerinə yollanıb. Xüsusi təyinatlılar havaya xəbərdarlıq atəşi açaraq düşərgəyə daxil olublar və Rusiya əsgərlərini tərksilah edərək gürcü polisini azad ediblər. Prezident Mixail Saakaşvili Rusiya əsgərlərinin qarşısındakı çıxışında gürcü-abxaz münaqişəsi zonasındakı MDB sülhməramlılarının komandiri, general-mayor Sergey Çabanın maksimum 3-4 gün ərzində Gürcüstanı tərk etməsini istəyib: ”Artıq səbrimiz tükənir. Biz növbəti hücum zamanı bütün vasitələrdən və imkanlardan istifadə edərək müdafiə olunmaq barədə əmr vermişik. Bu cür imkanlar isə, sizin də bildiyiniz kimi, bizdə var. Əgər bir daha belə hadisə təkrarlansa, siz Gürcüstanla Rusiyanı böyük münaqişəyə cəlb etmiş olacaqsınız. Mən sizə xəbərdarlıq edirəm ki, provokativ hərəkətlər keçməyəcək. Biz çox-çox qətiyyətliyik. Bunu yaddan çıxarmayın”. M. Saakaşvili baş vermiş hadisə ilə bağlı Rusiyadan üzrxahlıq gözlədiklərini də söyləyib. Sülhməramlılardan Qanmuxuri kəndini dərhal tərk etmələrini istəyən prezident daha sonra Tiflisə qayıdıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR