Terri Devis Gürcüstana gedir

Terri Devis Gürcüstana gedir
# 31 oktyabr 2007 13:41 (UTC +04:00)
Avropa Şurasının baş katibi Terri Devis Gürcüstana səfər edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, baş katib noyabrın 2-4-də Tiflisdə keçiriləcək “Şərqi Avropanın yenidənqurulması” adlı beynəlxalq konfransda iştirak edəcək. T. Devis “Köhnə münaqişələrin həllində yeni ideyalar” işçi qrupunun iclasına sədrlik edəcək. Səfər çərçivəsində Avropa Şurasının baş katibi Gürcüstan rəsmiləri ilə də görüşlər keçirəcək. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, bu tədbirdə nümayəndə heyəti iştirak etməyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR