Tiflisdə müxalifətin mitinqinin dağıdılması nəticəsində azı 200 nəfər yaralanıb - FOTOSESSİYA

Tiflisdə müxalifətin mitinqinin dağıdılması nəticəsində azı 200 nəfər yaralanıb - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 07 noyabr 2007 12:41 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, xüsusi təyinatlılar bəzi mitinqçilərin qaçıb gizləndiyi Kaşveti kilsəsi və 1 saylı məktəbin binasına da gözyaşardıcı qaz atıblar. “İveriya” mehmanxanası tərəfdən Rustaveli prospekti istiqamətində hərəkət etmək istəyən bütün insanlar polisin müqaviməti ilə qarşılaşır. Buna baxmayaraq, hakimiyyətin mitinqi güc tətbiq etməklə dağıtmasına etirazını bildirmək istəyən insanlar parlamentin binası yaxınlığında toplaşmağa cəhd edir. Ərazidə onlarla təcili yardım maşını dayanıb. Mitinqin dağıdılması nəticəsində təxminən 200 nəfər yaralanıb və hazırda şəhərin müxtəlif xəstəxanalarında müalicə olunur. Jurnalistlərə açıqlama verən parlamentin sədri Nino Burcanadze isə müxalifəti liderlərini dialoqa çağırıb. Bu gün müxalifət liderlərini danışıqlara dəvət edəcəyini söyləyən spiker vəd edib ki, heç bir siyasi təqibə yol verilməyəcək. Birləşmiş müxalifətin liderlərindən biri olan Xalq Partiyasının sədri Koba Davitaşvili isə prezident Mixail Saakaşvilini qan tökmək bahasına hakimiyyəti saxlamağa çalışmaqda ittiham edib: “Xalq bizdən inqilab tələb edirdi, amma biz prosesləri dinc məcrada saxlamağa çalışdıq. Saakaşvili psixi cəhətdən sağlam deyil, belə bir insanın ölkəni idarə etməsinə imkan verilməməli və o, cəmiyyətdən təcrid olunmalıdır”. Gürcüstanın katalikos-patriarxı II İlya da ölkədə yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib. O bildirib ki, vəziyyətdən yeganə çıxış yolu ölkə rəhbərliyi ilə müxalifət arasında dialoq keçirilməsidir: “Əgər tərəflərin istəyi olsa, biz bu dialoqda iştirak etməyə hazırıq”.
Qeyd edək ki, son məlumata görə, Gürcüstanın Batumi və Kutaisi şəhərlərində Tiflisdə baş verən hadisələrə etiraz əlaməti olaraq mitinqlər başlayıb. /APA/
























































#
#

ƏMƏLİYYAT İCRA OLUNUR