Mixail Saakaşvili Tiflisdə fövqəladə vəziyyət elan edib

Mixail Saakaşvili Tiflisdə fövqəladə vəziyyət elan edib
# 07 noyabr 2007 20:44 (UTC +04:00)
“Tiflisdə vəziyyət normallaşsa, 48 saat sonra fövqəladə vəziyyət rejimi götürüləcək”. Z. Noğaydeli bu gün dövlət çevirilişinə cəhd edildiyini də vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Konstitusiyasına əsasən, fövqəladə vəziyyət elan olunarkən ölkədə KİV-in fəaliyyətinə müəyyən məhdudiyyətlərə tətbiq edilir, eyni zamanda küçə yürüşləri və digər kütləvi aksiyaların keçirilməsi qadağan edilir.
Bu gün axşam saatlarında Tiflisdə müstəqil “İmedi” telekompaniyasının da fəaliyyəti dayandırılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları müxalifətin mittinqindən canlı yayım verən telekanalın binasına girərək, onun yayımını dayandırıblar. Televiziyanın əməkdaşları və proqramlarda iştirak etmək üçün telekompaniyaya gələn müxalifət liderləri hələ də şirkətin binasında polis nəzarətində saxlanılırlar. Gürcüstanın Daxili İşlər Nazirliyi isə rəsmi açıqlamasında telekanalın əməkdaşlarının həbsi barədə məlumatları təkzib edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR