ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Gürcüstanda müstəqil telekanalların bağlanmasından narahatdır

ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Gürcüstanda müstəqil telekanalların bağlanmasından narahatdır
# 08 noyabr 2007 15:24 (UTC +04:00)
ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Gürcüstanda müstəqil “İmedi” və “Kafkasya” telekanallarının bağlanmasına münasibət bildirib. APA-nın xəbərinə görə, M. Haraşti deyib ki, media öz funksiyasını yerinə yetirməli, cəmiyyəti ölkədə baş verənlər barədə məlumatlandırmalıdır: “Yayım plüralizmi demokratiya üçün çox vacibdir. Mən Gürcüstan hökumətini “İmedi” və “Kafkasya” telekanallarının öz fəaliyyətini davam etdirməsi üçün şərait yaratmağa çağırıram”. Qeyd edək ki, “İmedi” və “Kafkasya” telekanallarının fəaliyyəti Gürcüstanda fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar dayandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR