Gürcüstan müxalifətinin Tiflisin mərkəzində 5 gün mitinq keçirməsinə icazə verilib

Gürcüstan müxalifətinin Tiflisin mərkəzində 5 gün mitinq keçirməsinə icazə verilib
# 10 yanvar 2008 11:19 (UTC +04:00)
Yanvarın 13-ü saat 12.00-dan yanvarın 18-i saat 20.00-a qədər paytaxtda 100 min nəfərin iştirakı ilə mitinq keçirilməsinə icazə verildiyi bildirilən cavab məktubunda müxalifət liderlərinə xəbərdarlıq da əksini tapıb. M Axvlediani xatırladıb ki, qanunvericiliyə uyğun olaraq kütləvi nümayişlər və mitinqlər zamanı Konstitusiya quruluşunun və ya hakimiyyətin güc yolu ilə dəyişdirilməsinə, həmçinin müharibəyə, zorakılığa, milli, dini və sosial zəmində qarşıdurmalara çağırışlara yol verilməsi qadağandır. Bundan başqa, nümayişçilərin ictimai nəqliyyatın hərəkətinə problem yaratması da yolverilməzdir. Qanunun tələbləri pozularsa, müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, MSK-nın açıqladığı ilkin məlumata əsasən yanvarın 5-də keçirilmiş növbədənkənar prezident seçkilərində Mixail Saakaşvili 52,21%, Levan Qaçeçiladze isə 25,6% səs toplayıb. Ancaq müxalifət seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR