Gürcüstan müxalifətinin lideri Levan Qaçeçiladze Mixail Saakaşvili ilə görüşüb və canlı efirdə çıxış edib

Gürcüstan müxalifətinin lideri Levan Qaçeçiladze Mixail Saakaşvili ilə görüşüb və canlı efirdə çıxış edib
# 11 yanvar 2008 08:17 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, L. Qaçeçildze bildirib ki, ölkənin aparıcı televiziyalarının birbaşa efirində çıxış imkanı qazanmaq üçün aclıq aksiyasına başlamağa məcbur olub. O, müxalifətin prezident seçkilərinin ikinci turunun keçirilməsini istədiyini və yanvarın 13-də bu tələblə kütləvi aksiya keçirəcəklərini elan edib: “Biz mübarizəni davam etdiririk. Ancaq bizim mübarizəmiz istisnasız olaraq dinc xarakter daşıyır və yalnız mitinq, nümayiş, aclıq aksiyası formasında özünü göstərəcək”. L. Qaçeçildze seçki zamanı kütləvi pozuntular və saxtakarlığa yol verildiyini bəyan edib. O, xalqın seçkidə müxalifəti dəstəklədiyinə, lakin nəticələrin saxtalaşdırıldığına əmin olduğunu söyləyib: “Bu gün Gürcüstanda ədalətsizlik hökm sürür həm MSK-da, həm də Ali Məhkəmədə. Biz buna qarşı mübarizə aparırıq”. L. Qaçeçiladze maraqlı bir faktı da açıqlayaraq prezident səlahiyyətlərinin icraçısı Nino Burcanadzenin vasitəçiliyi ilə Mixail Saakaşvili ilə görüşdüyünü bildirib. O, görüşdə seçkidən sonra yaranmış vəziyyəti müzakirə etdiklərini deyərək ətraflı məlumat verməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR