Gürcüstanda ciddi kadr dəyişiklikləri gözlənilir

Gürcüstanda ciddi kadr dəyişiklikləri gözlənilir
# 18 yanvar 2008 10:33 (UTC +04:00)
Gürcüstan hökumətinin tərkibində ciddi kadr dəyişiklikləri ediləcəyi gözlənilir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, artıq iqtisadi inkişaf naziri Georgi Arveladzenin vəzifəsini tərk edəcəyi bəlli olub. Baş nazir Lado Qurgenidze bildirib ki, şəxsi bizneslə məşğul olacaq G. Arveladzenin kreslosunu Sandro Kvitaşvili tutacaq. S. Kvitaşvili Nyu-Yorkdakı Şərq-Qərb İnstitutunun baş direktorudur. O, bəzi beynəlxalq təşkilatların, o cümlədən BMT İnkişaf Fondunun ekspertidir. Nyu-York Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
Qeyd edək ki, prezidentin hökumətin yeni tərkibini yanvarın 27-də parlamentə təqdim edəcəyi gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR