Rusiyada 5 nəfər zəhərlənərək ölüb

Rusiyada 5 nəfər zəhərlənərək ölüb
# 01 dekabr 2019 16:09 (UTC +04:00)

Rusiyanın Yaroslav vilayətində 5 nəfər ölüb.

APA-nın “RİA Novosti” agentliyə istinadən verdiyi məlumata görə, Yaroslav vilayətinin Dubki qəsəbəsində evlərdən birində 31, 33 və 38 yaşlı üç kişinin meyiti tapılıb, 42 və 24 yaşlı iki qadın isə huşsuz vəziyyətdə aşkarlanıb.

Qadınlar xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Onların avtomobil şüşələrinin təmizlənməsi üçün istifadə edilən tərkibində spirt olan maddə içdikləri üçün zəhərləndikləri ehtimal olunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR