ABŞ-da silahlı insident nəticəsində 6 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 6 nəfər yaralanıb
# 10 sentyabr 2021 09:34 (UTC +04:00)

ABŞ-ın İllinoys ştatının Şərqi Sent-Luis şəhərində silahlı insident baş verib.

APA yerli “NBC” kanalına istinadən xəbər verir ki, polisə hadisə nəticəsində 12 yaralının olduğu bildirilib.

Lakin hadisə yerinə gələn polis atışma nəticəsində hələlik 6 nəfərin yaralandığını təsdiqləyib.

Yaralıların dəqiq sayı və hadisənin səbəbi məlum deyil.

Polisin dediyinə görə, həmin ərazidə metro qatarı ilə minik avtomobili də toqquşub. Hüquq-mühafizə orqanları bu hadisənin atışma ilə əlaqəli olub-olmadığını araşdırır.

Polis hadisənin törədilməsində şübhəli bilinən 6 nəfəri axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR