Avropa Şurasının prezidenti Gürcüstana növbəti dəfə səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel

© APA | Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel

# 14 iyul 2021 23:49 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel növbəti dəfə Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze "Rustavi 2" telekanalına açıqlamasında bildirib.

O bildirib ki, səfər 18-19 iyul tarixlərinə planlaşdırılıb.

İ.Kobaxidze qeyd edib ki, Ş.Mişel Gürcüstana səfəri çərçivəsində iyulun 5-də Tbilisidə baş vermiş zorakılıq aktları və bununla əlaqədar görülmüş tədbirlərlə bağlı ətraflı məlumatlandırılacaq.

Qeyd edək ki, Ş.Mişel sonuncu dəfə cari ilin aprelində Gürcüstanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR