Dmitri Kiselyov koronavirusa yoluxub

Dmitriy Kiselyov

© APA | Dmitriy Kiselyov

# 08 sentyabr 2021 00:18 (UTC +04:00)

"Rossiya Seqodnya" agentliyinin baş direktoru, tanınmış teleaparıcı Dmitriy Kiselyov koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, o, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

RİA Novosti-yə açıqlama verən Kiselyov 38-dən yuxarı hərarətinin olduğunu, xəstəxanaya aparıldığını, müalicənin nəticə verdiyini söyləyib.

Rusiyalı jurnalist həkimlərin proqnozunun nikbin olduğunu da qeyd edib .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR