Ermənistan müdafiə naziri ilə Rusiya SQ Baş Qərargah rəisi arasında telefon danışığı olub

Vaqarşak Arutunyan, Valeri Gerasimov

© APA | Vaqarşak Arutunyan, Valeri Gerasimov

# 08 iyul 2021 18:34 (UTC +04:00)

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutunyan və Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

APA-nın xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədində yerləşən Qeqarkunik və Sünik bölgələrindəki vəziyyəti, həll yollarını, həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasını müzakirə ediblər.

V. Arutunyan və V. Gerasimov Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşməsinə yönələn ikitərəfli proqramları və addımları müzakirə etmək üçün yaxın günlərdə Ermənistana səfər edəcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə danışıqların gündəliyinə də toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR