Ermənistanda COVİD-19-a yoluxanların sayı 264 690 nəfərə çatıb

Ermənistanda COVİD-19-a yoluxanların sayı 264 690 nəfərə çatıb
# 03 oktyabr 2021 11:13 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 264 690 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 907 nəfər COVİD-19-a yoluxub, 18 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 5 372 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 214 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR