Ermənistanda ehtiyatdan toplanışa çağırılmış serjant döyüş postunda güllələnib

Ermənistanda ehtiyatdan toplanışa çağırılmış serjant döyüş postunda güllələnib
# 14 sentyabr 2021 10:33 (UTC +04:00)

Ermənistanda serjant döyüş postunda ölüb.

APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb.

Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ehtiyatda olan serjant M. Ovakimyan hərbi toplanışlara cəlb olunubmuş.

Ermənistanda avqustun 25-dən ehtiyat olan hərbi mükəlləfiyyətlilərin 3 aylıq toplanışları başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR