Ermənistanda koronavirusdan ölənlərin sayı 4752 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 4752 nəfərə çatıb
# 22 avqust 2021 11:06 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 385 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 237 634 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 15 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4752 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR