Ermənistanda müxalifət liderinin ərinə məxsus avtomobil yandırılıb 

Zarui Postancyanın ərinə məxsus avtomobil

© APA | Zarui Postancyanın ərinə məxsus avtomobil

# 05 avqust 2021 13:49 (UTC +04:00)

Ermənistanın müxalifət liderlərindən Zarui Postancyanın ərinə məxsus avtomobil yandırılıb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, hadisə avqustun 5-də, səhərə yaxın baş verib.

Z. Postancyan hadisəni Ermənistan hakimiyyətinin sifarişi adlandırıb.

Onun sözlərinə görə, bunda məqsəd özünün və rəhbərlik etdiyi partiyanın siyasi fəaliyyətinə son qoyulmasından ibarətdir

Qeyd edək ki, hazırda xanım müxalifət liderinin adı Ermənistanda istintaqı aparılan 4 cinayət işində keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR