Ermənistanda son sutkada 88 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada 88 nəfər COVID-19-a yoluxub
# 12 iyun 2021 16:10 (UTC +04:00)

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 88 nəfər artaraq 223 643 nəfərə çatıb.

APA-nın Ermənistan Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sutka ərzində koronavirusdan bir nəfər ölüb. Ümumiyyətlə, COVID-19-dan ölənlərin ümumi sayı 5 575 nəfərə çatıb. Bunlardan 4 482-si birbaşa koronavirusdan, digər 1 093 nəfər başqa səbəblərdən ölüb.

Sağalanların sayı 120 nəfər artaraq 215 118-ə çatıb. Hazırda 2 950 nəfər xəstəxanalarda müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR