Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı məlumatı təkzib edib

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı məlumatı təkzib edib
# 11 oktyabr 2021 01:38 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti qənaətbəxşdir. Onun həyati əlamətləri normaldır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin yaydığı açıqlamada qeyd olunur.

“Bu ana qədər Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxşdir. Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirir. Mixeil Saakaşvili təyin olunmuş dərman vasitələrini əldə edir. Hazırkı vaxta qədər onun səhhəti qənaətbəxşdir. Təzyiqi – 120/90, nəbzi – 90, qanda şəkəri – 101-dir”, - qurumun “Facebook” səhifəsində yerləşdirilən məlumatda belə deyilir.

Qeyd edək ki, bir qədər əvvəl M.Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze Gürcüstanın “Mtavari Arkhi” telekanalına verdiyi açıqlamasında keçmiş prezidentin səhhətinin pisləşdiyini və xəstəxanaya yerləşdirilməsinin zəruriliyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR