İnterpolun axtardığı Rusiya vətəndaşı olan İŞİD-çi Ankarada tutulub

İnterpolun axtardığı Rusiya vətəndaşı olan İŞİD-çi Ankarada tutulub
# 07 oktyabr 2021 12:07 (UTC +04:00)

İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan İŞİD üzvü Ankarada saxlanılıb.

APA-nın yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, A.R. adlı Rusiya vətəndaşının qanunsuz yollarla Suriyadan Türkiyəyə daxil olduğu müəyyənləşib.

Onun yaşadığı evdən saxta Suriya pasportu, çox sayda rəqəmsal material, 4 800 dollar, 8 000 rubl və 16 800 lirə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR