İsrailin Baş naziri oktyabrın 22-də Rusiyaya səfər edəcək

İsrailin Baş naziri Naftali Bennet

© APA | İsrailin Baş naziri Naftali Bennet

# 05 oktyabr 2021 23:18 (UTC +04:00)

“İsrailin Baş naziri Naftali Bennetin Rusiyaya səfəri oktyabrın 22-nə planlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi jurnalistlərə açıqlamsında bildirib.

Səfir səfərlə bağlı məlumatın Rusiya tərəfinin bəyan etdiyini deyərək, belə bir planın olduğunu təsdiqləyib: “Belə bir plan var”.

Qeyd edək ki, N.Bennet iyunun 13-də İsrailin Baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə 2009-cu ildən İsrail Baş naziri olmuş Benyamin Netanyahunu əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR