KİV: Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilər

KİV: Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilər
# 07 sentyabr 2021 14:51 (UTC +04:00)

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola bilər.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.

M.Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Qeyd edək ki, rotasiya qaydalarına görə, Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR