Kreml Ərdoğanın Rusiyaya səfər öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib

Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin

© APA | Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin

# 22 sentyabr 2021 15:36 (UTC +04:00)

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, bu bəyanatın ünvanı kimi biz özümüzü hesab edir, bunu belə qəbul edirik. Əlbəttə ki, bu bəyanatın indi, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfərinin hazırlandığı vaxt səslənməsindən təəssüflənirik. Bununla belə, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkələrimiz arasında gündəlikdə duran çox qaynar regional problemlərin həllində qarşılıqlı əlaqələr mövzusuna diqqət yetirməyi üstün tuturuq. O ki qaldı Türkiyənin bu mövqeyinə, biz bunu yaxşı bilirik. Bu mövqe ilə qətiyyən razı deyilik. Türkiyə tərəfi ilə işləməyi davam etdirəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR