Kreml: Moskva Kabillə Əfqanıstana hərbi kontingent göndərmək məsələsini müzakirə etmir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 05 iyul 2021 13:39 (UTC +04:00)

Rusiya Əfqanıstan hakimiyyəti ilə bu ölkəyə hərbi kontingent göndərmək məsələsini müzakirə etmir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskovun sözlərinə görə, sərhəd rayonlarında vəziyyətin gərginləşməsi fonunda Rusiyanın Əfqanıstana hərbçi göndərməsinə dair heç bir müzakirə aparılmır.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyətin gərginləşdiyi bildirilir. Qeyd olunur ki, ABŞ və NATO qüvvələrinin çəkildiyi şimal bölgələrini İŞİD-çilər ələ keçirməyə başlayıb.

Rəsmi Moskva isə bundan narahatlığını dilə gətirib.

"Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - deyə Rusiya XİN başçısı Sergey Lavrov bir neçə gün əvvəl bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR