KTMT Əfqanıstana qoşun yeritməyi planlaşdırmır

Stanislav Zas

© APA | Stanislav Zas

# 31 avqust 2021 15:18 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müdafiə siyasəti yürüdür və Əfqanıstana qoşun yeritməyi planlaşdırmır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu KTMT-nin Baş katibi Stanislav Zas “Mir 24” telekanalının efirində deyib.

“Bu tamamilə əsassız əndişədir. KTMT istisnasız olaraq müdafiə xarakterli hərbi-siyasi təşkilatdır. Təşkilat ancaq KTMT-nin cavabdeh olduğu zonalar çərçivəsində kollektiv müdafiə qüvvəsi tətbiq edə bilər”, - deyə S. Zas KTMT-nin Əfqanıstana qoşun yeridib-yeritməyəcəyi ilə bağlı suala cavabında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR